Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda təbii artım göstəricisi hər 1000 nəfərə 3,2 olaraq qeydə alınıb.
Bu dövrdə ölkədə doğulanların sayı 8,8, ölənlərin sayı isə 5,6 nəfərdən ibarət olub. Nikahların sayı hər 1000 nəfərə 4,4, boşanmalar isə 1,9 səviyyəsində olub.
Bakı şəhərində təbii artım göstəricisi ölkə ortalamasından aşağı – 1,8 olub, doğulanların sayı 7,8, ölənlərin sayı isə 6,0 nəfər təşkil edib. Ən yüksək təbii artım Qaradağ rayonunda (5,7), ən aşağı göstərici isə Pirallahı rayonunda (-0,4) müşahidə olunub.
Regionlar üzrə təbii artım və demoqrafik göstəricilərdə fərqliliklər nəzərə çarpır. Məsələn, Lənkəran-Astara iqtisadi rayonunda təbii artım 5,5-ə çatarkən, Şəki-Zaqatala iqtisadi rayonunda bu göstərici 2,1 səviyyəsindədir.
Nikahların sayı ən yüksək Qarabağ iqtisadi rayonunda (6,2), boşanmaların sayı isə Bakı şəhərində (2,6) və bəzi rayonlarda nisbətən yüksək olub.
Dövlət Statistika Komitəsi əhalinin sağlamlığı və sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayır.