Finss.az — İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) çalışanların təxminən 40 faizi qadınlardır.
Bu barədə məlumatı qurumun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "SHE Kongress"ində açıqlayıb.
Yusif Abdullayev qeyd edib ki, hazırda AZPROMO-da fəaliyyət göstərən 4 müşavirdən 2-si qadındır. Bu, qadınların qurumdakı aktiv rolunu və idarəetmədə təmsilçiliyini göstərir.
"SHE Kongress" kimi tədbirlər qadınların iqtisadiyyata və idarəetməyə qatqılarını artırmaq üçün əhəmiyyətli platformalar təqdim edir.