SOSİUM

22 May

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Finss.az - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramının qeyd olunması ilə bağlı fətva verib.

Fətva Qazılar Şurasının bu gün keçirilən geniş tərkibli iclasında qəbul olunub.

Toplantıda bayramın dini qaydalara uyğun keçirilməsi, qurbanlığın kəsilməsi və paylaşdırılması ilə bağlı məsələlər müzakirə edilib və müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 6-7 iyun tarixlərində qeyd olunacaq.

Qurban bayramı İslam dünyasının müqəddəs bayramlarından biridir və hər il Həcc ziyarəti ilə eyni dövrə təsadüf edir. Bayram günlərində ehtiyacı olanlara yardım edilməsi, qurban ətlərinin bölüşdürülməsi və sosial həmrəyliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.