Finss.az – 2025-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 faiz artaraq 1122,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, xidmətlərin 74,6 faizi əhali tərəfindən istehlak olunub ki, bu da sektorda əhaliyə yönəlmiş xidmətlərin üstünlük təşkil etdiyini göstərir.
Məlumata görə, ümumi gəlirin 34,7 faizi və ya 388,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu, mobil rabitənin hələ də informasiya və rabitə bazarında əsas gəlir mənbələrindən biri olduğunu göstərir.