SOSİUM

16 May

Dörd ayda 2,36 mld. manat pensiya ödənilib

Finss.az - Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə 2 milyard 361 milyon manat vəsait yönəldilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 208 milyon manat çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. Eyni zamanda, fevralın 1-dən minimum pensiya məbləği 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Bununla yanaşı, hesabat dövründə — yanvar-aprel aylarında 18 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv şəkildə həyata keçirilib. Ümumilikdə isə 2019-cu ilin əvvəlindən etibarən 154 min pensiya təyinatı e-sistem vasitəsilə vətəndaşın müraciətinə ehtiyac qalmadan rəqəmsal qaydada icra olunub.