SOSİUM

15 May

Azərbaycanda orta aylıq əməkhaqqı 10% artıb

Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 1083,8 manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta, informasiya və rabitə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.

Cari il aprelin 1-nə olan vəziyyətə əsasən, ölkə iqtisadiyyatında muzdla çalışanların sayı 1 milyon 774,9 min nəfər təşkil edib. Onlardan 880,1 min nəfəri dövlət, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Əmək bazarında əsas pay ticarət, təhsil, sənaye və səhiyyə sahələrinin payına düşür.