Finss.az - Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2 milyon 979 min 167 sərnişin daşınıb.
Bu barədə məlumatı ADY yayıb.
Qurumun açıqlamasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin sayı 412 min 949 nəfər və ya 16,1 % artıb.
Sərnişin axınının artımı ADY-nin xidmət keyfiyyətinin yüksəldilməsi, marşrutların genişləndirilməsi və müasir nəqliyyat vasitələrinin istismara verilməsi ilə izah olunur.