SOSİUM

13 May

Bakıda mənzil qiymətləri struktur fərqlərinə baxmayaraq ciddi şəkildə artıb

Bakı şəhərində təkrar mənzil bazarında qiymət artımının qiymətləndirilməsi zamanı bazardakı mənzillərin çeşidinə (ölçü, yer və s.) görə dəyişikliklər nəzərə alınır. Bu dəyişikliklər, qiymət artımının struktura bağlı olaraq dəyişməsinə səbəb ola bilər. Məsələn, bazarda daha bahalı yeni tikililərin payının artması qiymət artımının bir hissəsini təşkil edə bilər.

Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından verilən məlumata görə, bu növ qiymət artımları "dəyişən strukturla" hesablanır. Bu yanaşma bazardakı mənzillərin faktiki strukturunu nəzərə alır və artım tempi bu dəyişikliklərdən təsirlənə bilər. Lakin, "daimi strukturla" hesablanan qiymət indeksləri mənzillərin saf qiymət dəyişimini göstərir.

Dövlət Statistika Komitəsinin rəsmi mənzil qiymət indeksi (kompozisiya effekti nəzərə alınmadan) göstərir ki, 2025-ci ilin I rübündə ölkədə mənzil bazarında qiymətlər əvvəlki ilin eyni dövrünə nəzərən 14,4% artıb. Bu göstəriciyə təkrar mənzil bazarındakı artım da daxil olmaqla, struktur təsirlərini aradan qaldıran bir ölçü kimi baxıla bilər.

Bu məlumatlar göstərir ki, dəyişən strukturla orta qiymət artımı (12-15%) ilə daimi strukturla indeks artımı (14%) arasında ciddi fərq yoxdur. Başqa sözlə, bazardakı bahalaşma əsasən real qiymət artımından irəli gəlir.

Fuad Mədətov
Finss.az