SOSİUM

29 Aprel

Bakıda bu restoranlar 2500 manat cərimə edildi

Finss.az - Azərbaycanda bir sıra restoran və ictimai iaşə obyektlərində aparılan planlı ekoloji yoxlamalar nəticəsində ətraf mühitə atılan tullantıların normanı aşdığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11-ci Regional İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Qrupu tərəfindən aparılan yoxlamalar, Xəmsə, Ağ Çiçəyim, Afrodita Palace, Arzu, Şahzadə, Leyla Plaza, Kolissa Hall, White Palace və digər məşhur obyektlərdə nəticələnib.

Nəticədə, bu obyektlərdə atmosferə buraxılan zərərli tullantıların ekoloji normanı aşdığı təsbit edilib. Nazirlik tərəfindən məsul şəxslərə qarşı müvafiq protokollar tərtib edilib və onların hər birinə 2 500 manat məbləğində inzibati cərimə tətbiq ediləcəyi bildirilir.

Bu yoxlamalar, ekoloji tarazlığın qorunması və ölkədə fəaliyyət göstərən müəssisələrin ekoloji qaydalara riayət etmələrinin təmin edilməsi məqsədini daşıyır. Həmçinin, bu cür tədbirlər, Azərbaycanın ekoloji siyasətinin və dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində mühüm addımlardır.