SOSİUM

14 Aprel

Azərbaycanda dövlət sektorunda işçi sayı azalıb, özəl sektorda artıb

2025-ci ilin martın 1-i vəziyyətinə görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər təşkil edib. Bu işçilərdən 878,5 min nəfəri dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin mart ayı ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 21,2 min nəfər azalıb, özəl sektorda isə çalışanların sayı 52,8 min nəfər artıb.

Fuad Mədətov
Finss.az