İsveçrənin Novartis əczaçılıq şirkəti ABŞ-da öz infrastrukturunu genişləndirmək üçün növbəti beş il ərzində 23 milyard dollar sərmayə qoymağı planlaşdırır ki, bu da ona amerikalı xəstələrin ehtiyac duyduğu əsas dərmanların istehsalını tamamilə lokallaşdırmağa imkan verəcək.
Finss.az xəbər verir ki, şirkətin saytında dərc olunan press-relizdə deyilir ki, Novartis ABŞ-da mövcud obyektləri genişləndirərək və yenilərini tikməklə istehsal, tədqiqat və texnologiya varlığını artıracaq. Növbəti beş il ərzində Novartis Kaliforniyanın San Dieqo şəhərində yeni biotibbi tədqiqat mərkəzi tikməyi planlaşdırır ki, bu da şirkətin ABŞ-da ikinci tədqiqat mərkəzinə çevriləcək. Onun 2028-2029-cu illərdə fəaliyyətə başlaması gözlənilir.