SOSİUM

24 Mart

Sanatoriyalarda müalicə olunan uşaqların sayı 1,600 nəfəri ötüb

Səhiyyə Nazirliyinin 1 nömrəli Körpələr Evinə 56 uşaq qəbul olunmuş, 28 uşaq övladlığa verilib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, hesabat dövründə 1,6 mindən çox uşaq sanatoriyalarda müalicəyə cəlb olunub. "Uşaq Psixonevroloji Mərkəzi"ndə 18 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq stasionar müalicə və 1,2 mindən çox uşaq ambulator müalicə alıb.