SOSİUM

24 Mart

2024/2025-ci tədris ilində 6,3 min müəllim işlə təmin olunub

2024/2025-ci tədris ilində 6,3 minə yaxın müəllim işlə təmin olunub.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, 2024/2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün 60,7 min nəfər müraciət edib, 50,3 min namizədlə test imtahanı mərhələsi təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən 6,3 minə yaxın müəllim işlə təmin olunub, elan edilmiş vakant yerlərin 90%-i tutulub.

“Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək İdarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədilə direktorların işə qəbulu üzrə müsabiqələrdən uğur qazanan 47 nəfərin təyinatı həyata keçirilib”,- deyə məlumatda qeyd edilib.