Postmüharibə dövründə 130 min unikal şəxs 369 min sosial dəstək tədbiri ilə əhatə olunub.
Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Belə ki:
- 3 323 şəhidin (o cümlədən 86 mülki şəhidin) 8 818 ailə üzvünə 17 497 sosial ödəniş (8 613 Prezident təqaüdü, 5 666 sosial müavinət, 3 218 pensiya) təyin edilib;
- bütün mülki şəhidlərin ailə üzvlərinə (229 nəfərə 480 ödəniş) sosial ödəniş təyinatları yekunlaşdırılıb;
- 4 214 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 8 428 sosial ödəniş təyin edilib;
- 25,3 min şəxs məşğulluq tədbirlərinə (12,2 min şəxs özünüməşğulluq proqramına, 12 min şəxs işədüzəltməyə, 1,1 min şəxs peşə hazırlıq kurslarına) cəlb edilib;
- 1 529 şəhid ailəsi üzvü, 886 nəfər müharibədə xəsarət alan şəxs və 2 812 nəfər müharibə iştirakçısı olmaqla ümumilikdə 5 227 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib;
- məşğulluq marafonu çərçivəsində 690 işəgötürən tərəfindən 2 538 şəxs müvafiq işlə təmin olunub;
- 6 800 mənzil şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilib;
- 567 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib;
- 2 954 ailənin üzvlərinə psixoloji dəstək göstərilmiş və ödənişsiz dərman verilib;
- reabilitasiya müəssisələrində 3 506 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib;
- 491 hərbçi (I Qarabağ müharibəsi və Vətən müharibəsi) 607 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib;
- 70 min reabilitasiya xidməti göstərilib.
DOST Agentliyinin strateji hədəflərinə əsasən, 17 regional “DOST” mərkəzi və 55 filial şəbəkəsinin təşkil olunması ilə ölkə əhalisinin tam əhatə edilməsi nəzərdə tutulur. 2024-cü il ərzində 251 min nəfərə proaktiv qaydada pensiya, sosial müavinət, təqaüd və birdəfəlik ödənişlər təyin olunub.