SOSİUM

14 Mart

Fərqlənmə nişanlarının verilməsi tam onlayn şəkildə olacaq

Finss.az - Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları üçün “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız //e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, müraciət prosesi “Fərqlənmə nişanı” altsistemi vasitəsilə aparılacaq və yalnız gücləndirilmiş ASAN İmza ilə mümkündür. Qanunvericiliyə əsasən, nişan olmadan sərnişin daşınmasına görə 40 manat cərimə tətbiq ediləcək.

Zemfira Ms
Finss.az