SOSİUM

31 Yanvar

Məktəblərdə psixoloq sayı artırılıb

Finss.az - Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev "Dəyişiklik səndən başlayır! Ümumtəhsil məktəblərində bullinqlə mübarizə" layihəsinin təqdimatında məktəblərdə psixoloq sayının artırıldığını bildirib.

Hazırda 1000 nəfər şagird sayına bir, 1000-3000 arasında iki, 3000-dən çox şagirdi olan məktəblərdə isə üç psixoloq fəaliyyət göstərir. 2024-2025-ci tədris ili üçün bullinqlə mübarizəyə dair sənədin pilot məktəblərdə tətbiqinə başlanıb.

Qədiməliyev əlavə edib ki, psixoloqların peşəkar inkişafı üçün Təhsil İnstitutu və digər qurumlar müxtəlif layihələr həyata keçirir. Bu təlimlər psixoloqların bullinq və digər problemlərlə daha effektiv mübarizəsini təmin edir.

Zemfira Ms
Finss.az