SOSİUM

31 Yanvar

"Birbank" təqaüd proqramı davam edir

Finss.az - Ötən gün Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü Fərqanə Məmmədova "Dəyişiklik səndən başlayır! Ümumtəhsil məktəblərində bullinqlə mübarizə" layihəsinin təqdimatında çıxış edib.

O bildirib ki, hazırda "Birbank" təqaüd proqramı çərçivəsində müxtəlif ali məktəblərin tələbəsi olan 15 gənc bankdan təqaüd alır və inkişaf proqramlarında iştirak edir.

Kapital Bank ali təhsil müəssisələrində tədris otaqları yaradaraq, bank sahəsi ilə bağlı mövzuların tələbələrə öyrədilməsinə dəstək verir. Məmmədova həmçinin bullinqlə mübarizə layihəsinin təhsil sisteminə yeni davranış modeli və metodika qazandıracağını vurğulayıb.

Zemfira Ms
Finss.az