SOSİUM

28 Yanvar

Ötən il Qarabağa 5 milyard manat sərf olunub

Finss.az - 2024-cü il üçün Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsindən 4 milyard 828,5 milyon manat ayrılıb. Bu, 2023-cü illə müqayisədə 13,6% azalma təşkil edir.

Maliyyə Nazirliyinin məlumatına görə, il ərzində sifarişçi təşkilatlar tərəfindən təqdim olunan layihələr üzrə büdcə vəsaitinin 99,4%-i istifadə edilib. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan 2 milyard 771,1 milyon manatın isə 98,5%-i həyata keçirilib.

Zemfira Ms
Finss.az