SOSİUM

28 Yanvar

“Əlçatan metro” layihəsindən istifadə artıb

Finss.az - 2023-cü ildə “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsindən 1 310 sərnişin istifadə edib.

Bu, 2022-ci illə müqayisədə 43% artım göstərir.

2019-cu ilin martında istifadəyə verilmiş layihə, əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar üçün nəzərdə tutulub.

Zemfira Ms
Finss.az