Finss.az - Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan 13 minə yaxın şəxs müxtəlif məşğulluq tədbirlərinə cəlb edilib. Bu şəxslərdən 10,9 mini münasib işlə təmin olunub.
Bundan əlavə, 1,5 min nəfər özünüməşğulluq proqramına daxil edilib və mal-material dəstəyi ilə kiçik təsərrüfatlarını qurublar. Həmçinin, 500-ə yaxın şəxs əmək bazarına uyğun peşələr üzrə hazırlıq kurslarına yönləndirilib.
Zemfira Ms
Finss.az