SOSİUM

22 Yanvar

Dövlət sərhədi yolunda yeni piyada keçidi inşa olunub

Finss.az - Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən daha bir ərazidə yerüstü piyada keçidi inşa edilib.

Yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262.5-ci km-də tikilib.

Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri aparılıb, yolun hər iki tərəfində avtobus dayanacağı quraşdırılıb.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

YOLUNUZ AÇIQ OLSUN...

 

Zemfira Ms
Finss.az