SOSİUM

22 Yanvar

ƏMAS altsistemində əlilliyi olan şəxslərlə 65 min əmək müqaviləsi bağlanıb

Finss.az -  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində 65 min 412 əmək müqaviləsi əlilliyi olan şəxslərlə bağlanılıb.

Bu barədə nazirlik məlumat yayıb.

Əlilliyi olan şəxslərin 40 min 806-sı dövlət, 24 min 606-sı isə qeyri-dövlət sektorunda çalışır. Onlar əsasən təhsil, səhiyyə, sosial müdafiə, topdan və pərakəndə ticarət kimi sahələrdə məşğul olublar.

Zemfira Ms
Finss.az