Finss.az - İşğaldan azad olunmuş ərazilərdə məşğulluq proqramları genişlənməkdədir. Köçürülən sakinlərdən əmək qabiliyyətli olanların 86%-i artıq məşğulluqla təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə keçirilən görüşdə bildirilib. Görüşdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, “Dost Aqropark” MMC və “Safe Point” QSC-nin nümayəndələri iştirak ediblər.
Nazir müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirləri vurğulayıb və işəgötürənlərlə əməkdaşlığın vacibliyini qeyd edib. Köçürülən və köçürülməsi planlaşdırılan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün görülən işlər və gələcək planlar müzakirə olunub.
Zemfira Ms
Finss.az