SOSİUM

21 Yanvar

Ötən il ƏƏSMN-in elektron xidmətlərinə 37 milyon müraciət edilib

Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ildə 37 milyon müraciət olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 8,4 milyon dəfə istifadə edilib və 251 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı həyata keçirilib. Hazırda nazirliyin 160 xidmətindən 145-dən çoxu (90%) elektron qaydada təqdim edilir. E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi kimi geniş funksional imkanlar da yaradılıb. Nazirliyin e-sistemləri 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunub və 2024-cü ildə bu sistemlər üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyon olub.

Zemfira Ms
Finss.az