SOSİUM

14 Yanvar

Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqqı artırıldı

Finss.az - Azərbaycanın elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, 2022-2024-cü illərdə 65 minə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesindən uğurla keçmiş 55 min müəllimin 38 mininin əməkhaqqına 10%, 17 mininin isə 35% əlavə edilib.

Nəticədə, əməkhaqqına 10% əlavə edilən müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, 35% əlavə edilənlərin isə 1295 manat olub.

Cari ildə əlavə 20 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır və bunun üçün 154.4 milyon manat vəsait ayrılacaq.