SOSİUM

14 Yanvar

Rusiya Azərbaycanın ən böyük benzin idxalçısıdır

Finss.az - 2024-cü ilin on ayında Azərbaycan 140.6 ton Aİ-92 markalı avtomobil benzini idxal edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. Hesabat dövründə ölkə xaricə 124 milyon dollar ödəyib.

Keçən ilin eyni dövründə Azərbaycana 86.6 milyon litr Aİ-92 benzini idxal edilmişdi və bu, 60.2 milyon ABŞ dolları dəyərində idi. Benzinin 99.44 milyon litri Rusiya Federasiyasından idxal olunub və bu idxalın dəyəri 61.43 milyon dollar olub.

Bu il ümumilikdə 7 ölkədən benzin idxal edilib. Aİ-92 benzininin bir tonu isə 881.88 dollara (1499 manat) idxal olunub, bu da keçən illə müqayisədə 5% ucuzdur.

Azərbaycanda Tarif Şurasının 30 iyun 2024-cü il qərarına əsasən, Aİ-92 benzininin topdan satışının bir tonu 1 289.82 manat, pərakəndə satışının isə 1 441 manat olaraq müəyyən edilib. Həmçinin, premium – 95 oktanlı avtomobil benzini idxalı 65.12 min ton təşkil edib və dəyəri 61.74 milyon dollar olub, keçən ilə nisbətən 6% artım göstərib.