Finss.az - Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən, 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır. Bu tədbirlər nəticəsində sərnişin axını 88 milyon nəfərədək artırılacaq.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuat konfransında bildirib ki, proqram çərçivəsində 2 yeni stansiyanın tikintisi tamamlanacaq, 1 stansiyanın təmirinə yekun vurulacaq və 8 yeni stansiya inşa ediləcək.