Finss.az - Bakıda tramvayların effektiv ola biləcəyi ərazilər müəyyənləşdirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov, "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, paytaxtda tramvay xətlərinin inşası üçün potensial olan yerlər araşdırılıb.
Tramvayların Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə, Binəqədidən keçərək "28 May" metrostansiyasına qədər olan ərazilərdə faydalı olacağı gözlənilir. Həmçinin, yeni yaşayış məntəqələrinin yaradıldığı "Seabreeze" istiqamətində də tramvay xətlərinin effektiv olacağı vurğulanıb.