Finss.az - Bakı şəhərində 2,324 parklanma məntəqəsi üzrə 20,755 parklanma yeri təşkil olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev qeyd edib ki, parklanma yerlərinin 11%-i Mərkəz, 48%-i I zona, 30%-i II zona, 10%-i III zona və 1%-i IV zonada yerləşir.
Bundan əlavə, parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi üçün yeni sistem istifadəyə verilib. "AzParking" mobil tətbiqi tətbiq edilib və parkinq ödənişləri yalnız nağdsız şəkildə qəbul edilir. Fərdi parklanma talonlarının elektron şəkildə verilməsi təmin olunub və ötən dövr ərzində 19,242 fərdi parklanma talonu verilib.
Sədr həmçinin, şəhərdə yeni paradiqma yaradıldığını və parklanma yerlərinin əlçatanlığının artırıldığını vurğulayıb. Xətai bağı və İçəri şəhər "Qoşa Qala" qapısı ətrafında piyada zonalarının yaradıldığını bildirib. Şəhərin mərkəzi küçələrində isə həftəsonları və bayram günlərində piyadaların istifadəsinə verilmək üçün tədbirlər görülüb.