SOSİUM

10 Yanvar

Bu il 313,316 nəfər hazır yeməklə təmin ediləcək

Finss.az -Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, 2025-ci il ərzində reabilitasiya müəssisələrində xidmətdən faydalanan şəxslərin hazır qida (keytring) təminatına 3,2 milyon manat sərf etməyi planlaşdırır.

Bu müddət ərzində böyüklər üçün 279,006 nəfər, uşaqlar üçün isə 34,310 nəfər hazır yeməklə təmin ediləcək. Həmçinin, hazır yemək təminatı həftənin 7 günü, sutkada 3 dəfə olacaq şəkildə təşkil olunub. Agentlik artıq bu məqsədlə müvafiq müqaviləni bağlayıb.