SOSİUM

17 Dekabr

Naxçıvanda əhalinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Finss.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 1 noyabr 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 497 nəfər və ya 0,5 faiz artaraq 470 609 nəfər olub.

Fuad Mədətov
Finss.az