SOSİUM

11 Sentyabr

Bu dövlətdədə meymunçiçəyi (mpox) virusu aşkarlandı

Hindistanda ilk meymunçiçəyi (mpox) virusuna yoluxma hadısəsi qeydə alınıb.

Finss.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, laboratoriya testləri xəstədə Qərbi Afrika meymunları qrupu 2 virusunun (Clade 2) olduğunu təsdiqləyib.

“Yoluxmuş şəxs bu yaxınlarda xəstəliyin davam etdiyi ölkədən qayıdıb. Kişi hazırda təcridxanadadır, vəziyyəti kliniki stabil olaraq qalır, onun heç bir sistem xəstəliyi və ya müşayiət edən patologiyası yoxdur”, - nazirlik qeyd edib.