Azərbaycanın Müdafiə Nazirliyi 11 sentyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə atəş açdığını bildirib. Məlumata görə, yerli vaxtla saat 10:50 radələrində Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərəbad kəndi istiqamətindəki mövqelər hədəf olub.
Finss.az xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən atəşə dərhal adekvat cavab verilib. Nazirlik, vəziyyətin nəzarətdə olduğunu və lazım olan bütün tədbirlərin görüldüyünü açıqlayıb.