SOSİUM

15 Avqust

Pensiya ödənişlərinə 456 mln. manat çox olmaqla 3 mlrd. 775 mln. manat yönəldilib

Cari ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (456 mln. manat) çox olmaqla 3 mlrd. 775 mln. manat vəsait yönəldilib.

Finss.az Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
 
Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13 faiz artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği 525 manat təşkil edib.

Bu ilin 7 ayında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 127 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

 

Zemfira Ms
Finss.az