SOSİUM

27 İyul

Bakıda “Mətbuatın Dostu” Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirilib

Milli Mətbuat Günü münasibəti ilə “Gilavar” restoranında “Mətbuat” firmasının təsis etdiyi “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təltif etmə mərasimi keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə 40-dan çox jurnalistə diplom və hədiyyələr təqdim olunub.

Bayram günündə media nümayəndələrini, Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərli, müğənnilər Niyam Salami,  Nərmin Kərimbəyova, Rövşən Civişov və Bella Bakinskaya gözəl musiqilərlə ilə təbrik ediblər.

Mükafat alanlar arasında Əməkdar jurnalist Etibar Babayev, jurnallistlər Rövşən Binnətli, Vəsilə Vahidqızı, Lalə Ədalətqızı, Lalə Əlimuxtarova, Günel Gözəlova, Jalə Həsənli, Fəxriyyə Lilpar, Səidə Bəkir, Sayqa Cahid, Anar Orucov, Afət Rahilqızı, Kamran Yaradanquliyev, Fuad Mədətov, Büyamin Bünyadzadə, Zəminə Rüstəmova, Şahin Cavadsoy, Zümrüd Məcidova, təşkilatçı Ellada Əmiraslanova, Ayəndə Dadaşova və başqaları xüsusi diplom və hədiyyələrə layiq görüblər.

Tədbirin sponsorları, "Tam Store" marketlər şəbəkəsi, "Azərsüd", "Gilavar" İstirahət Mərkəzi, təşkilatın dəstəkçilər "Zuleykha by Ətirşah Parfüm", "Millenum" dondurmaları, "Harika" su və "Bizon" içkiləri idi.

Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı hər il olduğu kimi bı ildə jurnalist həmkarlarına unudulmaz bir bayram təşkil etdi. Gecənin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev bayrama xüsusi ovqat qatdılar.