SOSİUM

24 İyul

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə 4 iyul 2024-cü il tarixdə elan etdiyi qrant müsabiqəsi davam edir.

Fins.az xəbər verir ki, müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.

Qrant müsabiqəsi mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi kino sənayesində institusional islahatlara dair layihələri əhatə edir.

Xatırladaq ki, müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilər və müsabiqəyə müraciət üçün son tarix 2 avqust 2024-cü ildir.

Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.

Fuad Mədətov
Fins.az