SOSİUM

22 İyul

Ağrıdağda itkin düşən alpinistlərin meyitləri tapılıb

Türkiyədə Ağrıdağ dağına qalxarkən itkin düşən iki alpinistin meyitləri aşkar edilib.

Fins.az xəbər verir ki, bu barədə "TRT haber" telekanalı məlumat yayıb.

“Yerli bələdçi və yoldaşı 4900 metr yüksəklikdə iki alpinistin meyiti aşkar ediblər”, - xilasetmə xidmətindən bildirilib.

Qeyd edilib ki, Türkiyə vətəndaşları olan iki nəfər çətin hava şəraitində qrup halında dağa çıxıblar. Onlar iyulun 20-də dumanlı və boranlı hava şəraitində 5,5 min metr yüksəklikdə dağın zirvəsi yaxınlığında təcrid olunmuş vəziyyətdə qalıblar. Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) və Milli Tibbi Xilasetmə Xidmətinin (UMKE) əməkdaşları onların axtarışına başlayıblar. Axtarışlara PUA da cəlb olunub.

Kaira Agayeva 

Fins.az