SOSİUM

17 İyul

Münxendə Ümumdünya QİÇS Konfransı (AIDS 2024) keçiriləcək

İyulun 22-dən 26-dək Bavariyanın paytaxtındakı Münxen Sərgi Mərkəzində Ümumdünya QİÇS Konfransı (AIDS 2024) keçiriləcək. Beş gün ərzində elm, siyasət sahəsindən olan ekspertlər, maraqlı qruplar və məsləhətçi təşkilatların ekspertləri QİÇS mövzusunu müzakirə edəcəklər. Konfransın qonaqları arasında Almaniyanın kansleri Olaf Şoltsun da olacağı gözlənilir.

Fins.az xəbər verir ki, xarici mətbuata istinadla xəbər verir ki, konfrans Ümumdünya QİÇS Cəmiyyətinin (IAS) prezidenti professor Şeron Levinin sədrliyi ilə keçiriləcək. 

Konfransda bütün dünyadan 10 minə yaxın ekspertlərin iştirakı gözlənilir ki, bu da problemin vacibliyini vurğulayır. Baxmayaraq ki, Almaniyada virus daşıyıcılarının sayı nisbətən azdır: (2024-cü ilə olan məlumata görə AFR-də 96400 nəfər HİV virusuna tutulub, eləcə də hər il HİV virusuna təxminən 2200 yeni yoluxma halı müşahidə olunur), digər ölkələrdə vəziyyət daha ciddidir.

QİÇS-dən ən çox bir sıra Afrika, eləcə də Şərqi Avropa və Asiya ölkələri əziyyət çəkir. Məsələn, Şərqi Avropa və Asiyada 2010-2019-cu illərdə yeni yoluxma hallarının sayı 72 faiz artıb.

Hazırda HİV asanlıqla müalicə olunur, qazanılmış immunçatışmazlıq sindromunun isə qarşısını effektiv şəkildə almaq mümkündür. Müasir dərmanlar sayəsində HİV daşıyıcısı olan insanlar potensial normal həyat sürə və virusu başqalarına ötürməyə bilər.

©Azertec

Kaira Agayeva 

Fins.az