İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün “Rəqəmsal savadlılıq” (BOOTCAMP) layihəsi çərçivəsində təlimləri keçirilir.
Fins.az xəbər verir ki, təlimlər İRİA və AİKTSA-nın birgə təşkilatçılığı ilə “Technest” təqaüd proqramı çərçivəsində baş tutub və müxtəlif media qurumlarından olan 40-a yaxın jurnalist cəlb olunub.
İRİA-nın nümayəndələri də təlimdə çıxış edərək ekosistemdə və rəqəmsal mühitdə ən yeni çağırışlar, tendensiyalarla bağlı təqdimat ediblər.
Layihənin əsas məqsədi jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirməkdən ibarətdir. 2 ay davam edən əyani və praktiki dərslərin sonunda sertifikat da təqdim olunacaq.