SOSİUM

29 May

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bildirilib ki, M. Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub.

Xatırladaq ki, M.Abbasbəyli 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

O, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək. Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bununla bağlı nazir Adil Kərimli Əmr imzalayıb.

Fuad Mədətov
Fins.az