SOSİUM

03 May

Bakı Fond Birjası ADA universitetində Karyera Sərgisində iştirak edib

2 may 2024-cü il tarixində Bakı Fond Birjası (BFB) ADA universitetində təşkil olunmuş karyera sərgisində iştirak edib.

Fins.az xəbər verir ki, Bakı Fond Birjasının həmkarları tələbələri BFB-nin ümumi fəaliyyəti haqqında, eləcədə karyera imkanları və təcrübə proqramları haqqında ətraflı məlumatlandırıblar.

Universitetin Karyera Xidmətlərinin təşəbbüsü ilə keçirilən Karyera Hazırlığı Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.

Fuad Mədətov
Fins.az