SOSİUM

15 Mart

Təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə ayrılan vəsait 19,2% artıb

2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 mlrd. manat vəsait ayrılmışdır (artım 19,2%).

Fins.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb.

“Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilib, 2-si əsaslı təmir olunub və 9-nun isə tikinti işləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb”, - deyə o əlavə edib.