SOSİUM

15 Mart

Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə qəzalı binalarla bağlı problemlərin həllinə 50 mln.manat vəsait ayrılıb

Ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln.manat vəsait ayrılmışdır. 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Fins.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, bu istiqamətdə cənab Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln.manat vəsait ayrılıb.

“Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək”, - deyə Baş nazir əlavə edib.