SOSİUM

11 Mart

Bu il 7,9 min şəxsə əlillik təyin edilib

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7,9 min şəxsə əlillik təyin edilib.

Fins.az xəbər verir ki, onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Fuad Mədətov
Fins.az