SOSİUM

06 Mart

QR bilet istifadəçilərinin sayı artıb - "Bakı Metropoliteni" QSC

2023-cü ilin son günü Bakı metropoliteninin bütün stansiyalarında istifadəyə verilən QR biletlə ödəniş sistemindən istifadə edənlərin də sayı artıb.

Qurumdan Fins.az-a verilən məlumata görə, ay ərzində 148 min 025 sərnişin məhz bu üsulla ödənişə müraciət edib. QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb – 14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər. Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gediş haqqına etibar edənlərin sayı artır.

Fuad Mədətov
Fins.az