SOSİUM

11 Yanvar

"ASAN xidmət" “Qafqazda ən yaxşı startap nəticələri” beynəlxalq mükafatına layiq görülüb

Yanvarın 9-da “StartupBlink” təşkilatı tərəfindən qlobal startap ekosistemi üzrə mükafatlandırma mərasimi keçirilib.

Fins.az xəbər verir ki, sözügedən təşkilat hər il dünyada  startap ekosisteminin ən uğurlu olduğu 100 ölkə və 1000 şəhər seçməklə qlobal startap xəritəsi formalaşdıran mötəbər beynəlxalq təşkilatdır.

Bu il isə “ASAN xidmət” “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi vasitəsilə innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb.

Fuad Mədətov
Fins.az