SOSİUM

26 Dekabr

\"Qırmızı Körpü” gömrük postunda hazırda 508 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 508 avtomobil gözləyir.

Bu barədə Fins.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 45, “Mazımqara” gömrük postunda 58, “Samur” gömrük postunda 37 və “Xanoba” gömrük postunda 15 yük maşını var.

Fuad Mədətov
Fins.az