SOSİUM

21 Dekabr

3 dəfə universitetdən kəsilən dünyanın ən zənginlərindən biri

Uğursuz ibtidai və orta məktəb dövrünü yaşayan Cek Ma orta məktəbi bitirdikdən sonra universitet imtahanlarından 3 dəfə kəsilib. Cek Ma Harvard Universitetinə on dəfə məktub yazdı və hər dəfə rədd edildi. Nəhayət universitetə ​​başlayanda işləmək istəyib, lakin müraciət etdiyi yerlərin heç biri onu işə qəbul etməyib. Əslində Çin Xalq Respublikasında KFC açılanda 24 nəfər, o cümlədən Cek Ma da iş üçün müraciət etdi və yalnız o, qəbul olunmadı.

Fins.az xəbər verir ki, bu pis illərdən sonra Ma 1995-ci ildə ABŞ-a səfərə getdi və nəhayət həyatını dəyişdi. Burada o, kompüter və internetlə tanış oldu. İnternetdə Çin haqqında heç bir məlumat tapa bilməyən Ma, Çin xalqının internetə keçmə vaxtının gəldiyini anladı. Dostlarından ona sərmayə qoymağı xahiş etdi və 1999-cu ildə Çinə qayıtdı və Alibaba-nı qurdu.

Daha əvvəl heç vaxt kod yazmayan və heç kimə heç nə satmayan Cek Ma gələcəyin sahibkarlıq sahələrini görüb və ilk uğurlu şirkətini 31 yaşında qurub. Şirkət sürətlə böyüdü və bir müddət sonra dünyaya yayıldı. Yaşadığı rədd və uğursuzluqların onu yolundan döndərməsinə imkan verməyən Cek Ma dünyanın ən zəngin insanlarından biri oldu. 

Günel Məlikzadə
Fins.az