SOSİUM

19 Dekabr

Kimlər dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunur?

“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilir.

Fins.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sənədə əsasən, mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunurlar.

Günel Məlikzadə
Fins.az