SOSİUM

13 Dekabr

Hazırda sərhəddə çıxışda gözləmədə olan yük avtomobillərinin sayı AÇIQLANIB

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1390 avtomobil gözləyir.

Bu barədə Fins.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir:

"Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Hazırda gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 123, “Biləsuvar” gömrük postunda 90, “Mazımqara” gömrük postunda 32, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 15 yük maşını var".

Fuad Mədətov
Fins.az